ARDNŞ-nin Sumqayıt ərazisində Cənubi Koreyanın Samsung Engineering Co.Ltd podratçı şirkətinin ümumu rəhbərliyi altında həyata keçirilən “Karbamid Zavodu” layihəsi çərçivəsində quraşdırılan, diametri 34000 mm, hündürlüyü 20500 mm olan silindrşəkilli və yerüstü ikidivarlı ammonyak çəninin öncədən yerdə quraşdırılmış 145 tonluq dam örtüyü konstruksiyasının kransız və ya hər hansı mexaniki qaldırıcı qurğu olmadan yüksək yükqaldırma gücünə malik havavurucu qurğu vasitəsilə pnevmatik üsulla germetik şəraitdə 1 saat 45 dəqiqə ərzində qaldırılaraq quraşdırılması metalquraşdırma tarixində nadir hadisələrdən biridir.

          Bu quraşdırma üsulu, “KONTEKS” ATSC istisna olmaqla, nə keçmiş Sovetlər Birliyində, nə də müasir dövrdə ilk dəfə olaraq Azərbaycanda hər hansı bir digər şirkət tərəfindən həyata keçirilmişdir və bu uğurlu təcrübədən istifadə olunması metalquraşdırma, xüsusən də çənquraşdırma fəaliyyəti ilə məşğul olan bütün şirkətlər arasında böyük marağa səbəb olmaqla yanaşı, uğurlu bir nəticə kimi podratçı şirkət tərəfindən yüksək dəyərləndirilmişdir. “KONTEKS” ATSC bu təcrübəni növbəti layihələrdə də uğurla tətbiq etmək niyyətindədir. Bu üsul çənquraşdırma mühəndisliyi sahəsində yüksək dəqiqlik və təcrübə tələb etməklə yanaşı, ən təhlükəsiz, iqtisadi cəhətdən ən səmərəli və ən operativ bir üsuldur.