Əsası 1931-ci ildə qoyulmuş “KONTEKS” ATSC (keçmiş  Bakı Mexaniki-Quraşdırma İdarəsi) Azərbaycanda mexaniki-quraşdırma və ixtisaslaşdırılmış tikinti işlərinin yerinə yetirilməsi üzrə müəssisələr arasında aparıcı şirkətlərdən biridir. Açıq dənizdə rezervuar parkının Sovet İttifaqında ilk dəfə  tikintisi məhz “KONTEKS” ATSC tərəfindən həyata keçirilmişdir.

    “KONTEKS” ATSC Respublikamızın sənaye komplekslərinin, xüsusən də neft kompleksi obyektlərinin tikintisində yaxından iştirak etmiş və böyük təcrübə toplamışdır.

 

     Müəssisənin fəaliyyətinin əsas isiqamətləri aşağıdakılardır:

       - Ümumi təmir-tikinti işləri (o cümlədən: böyük ölçülü anqarlar, istehsalat korpusları, anbar binalarının tikintisi və yenidən qurulması);

       - Müxtəlif ölçülü metal-konstruksiya işləri;

       - Maqistral və texnoloji boru xəttlərinin çəkilməsi;

       - Yanacaq terminallarının və yanacaqdoldurma məntəqələrinin inşaası;

       - Müxtəlif ölçülü çənlərin istehsalı və quraşdırılması;

       - İsitmə, soyutma və havalandırma sistemləri, qazanxanaların və nasos stansiyalarının quraşdırılması işləri;

       - Anti-korroziya işləri (qumlama və boya, o cümlədən yanğına qarşı).