Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. Həmin il layihə üzrə Mühəndislik, Satınalma və Tikinti (MST) podratçısının seçilməsi məqsədilə beynəlxalq açıq tender elan edilmişdir. Tenderdə bir sıra nüfuzlu beynəlxalq şirkətlər iştirak etmiş və tenderin qiymətləndirilməsi nəticəsində Samsung Engineering Co, Ltd. şirkəti 2012-ci ildə tenderin qalibi elan edilmişdir. 13 mart 2013-cü ildə Samsung Engineering Co, Ltd. şirkəti ilə MST Müqaviləsi imzalanmışdır. Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları qismində Danimarkanın Haldor Topsoe and Niderlandın Stamicarbon B.V şirkətləri çıxış edir. Layihə üzrə tikinti işlərinə 2014-cü ilin fevralından başlanmışdır. 2016-ci ildə isə SOCAR Karbomid və Ammonyak zavodunda 16 ədəd ağırtonajlı (500- 20000 m3) çənlərin hazırlanması və quraşdırılması üzrə subpodrat işi Samsung Engineering Co, Ltd. şirkəti tərəfindən bizə verilmişdı. Bu çənlər bir  il ərzində quraşdırılıb Samsung Engineering Co, Ltd. şirkətinə təhvil verilmişdi.

 

A-T-301 Solution Storage Tank 680 m3
A-T-702 Amonda Off-Spec Condensate Tank 260 m3
U-T-302 Urea Storage Tank 846 m3
U-T-663 Formaldehyde Srorage Tank 153 m3
U-T-703 Ammonia Water tank 1321 m3
U-T-801 Sulfuric Acid Srorage Tank 40 m3
U-T-811 Blow Off Separator Tank 450 m3
U-T-901 Steam Condensate Tank 50 m3
W-T-102 Service Water Tank 9430 m3
W-T-103 Potable Water Tank 70 m3
W-T-104 Steam Condensate Tank 440 m3
W-T-105 Ammonia Process Condensate Tank 500 m3
W-T-106 Urea Process Condensate Tank 360 m3
W-T-301 Deminerized Water Tank 10000 m3
W-T-401 Firewoter Tank 6835 m3
W-T-601 Ammonia Product Tank 15000 m3 20000 m3