“Azərbaycan Respuplikası regionlarının sosial- iqtisadi inkişafı Dövlət proqramı”na əsasən “CPC” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Oğuz rayonunda “Qarğıdalı emalı və qlükoza istehsalı” zavodunun tikinti-quraşdırma işləri Azərbaycan Beynəlxalq Bankının maliyyələşdirdiyi “Kənan-İnşaat” MMC-yə verilmişdir. 2014-сi ildə isə zavodun korpuslarının, habelə istehsalat binasının metal-konstruksiyalarının hazırlanması və quraşdırılması işləri “Kənan-İnşaat” MMC tərəfində bizə verilmişdir.

      Ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş və yeni istehsal sahələri hesabına genişləndirilməklə, 2015-ci ilin dekabrından başlayaraq, yenidən fəaliyyətə başlamış "CPC" MMC-nin (Corn Proccessing Company) "Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi" sənaye üsulu ilə hazırlanmış şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində Cənubi Qafaqzda yeganə müəssisədir.

Kompleks aşağıdakı 4 istehsal vahidindən ibarətdir:

     -Gündə 80 ton qarğıdalı emal edərək turşu üsulu ulə qlükoza şirəsi istehsal edən zavod;

     -30 000 ton dənəvər qarğıdalı saxlama və saatda 48 ton qarğıdalı qurutma kompleksi;

     -Qıcqırma üsulu ilə gündə 58 ton G38-dən G63 növünə qədər olan qlükoza şirələri, yaxud da 68 ton F-42 və 77 ton F-55 növlü fruktoza şirələri və ya 58 ton maltoza istehsalı gücünə malik istehsal xətləri;

     -52 ton quru nişasta istehsal etmək gücünə malik nişasta sexi.