Bu sınaq növü bir qayda olaraq, maye saxlanılan çənlər və boru xətləri quraşdırılıb başa çatdırıldıqdan sonra müəyyən atmosfer təzyiqi altında aparılır. Bu cür sınaqların aparılmasında məqsəd quraşdırılmış çənlərdə və boru xətlərində mümkün ola biləcək sızma hallarının öncədən, yəni istismara buraxılmazdan öncə aşkar etmək üçün aparılır. Sınaq üçün doldurulmuş su, yaxud da borulara vurulmuş maye bir neçə gün müvafiq təzyiq altında saxlanılır. Hər hansı bir sızma halı aşkar edildiyi halda, həmin sızma nöqtələri su boşaldıldıqdan sonra təmir edilir və müvafiq aktla sifarişçiyə təhvil verilir.