Çənləri sənayedə və kommersiya fəaliyyəti zamanı istismar edərkən onda saxlanılan məhsulun məsrəfi və qalıqları üzrə uçotun aparılması daima tələb olunur. Bu məqsədlə, çənin dərəcələnməsi aparılır. Çənlərdə və bir sıra digər rezervuarlarda neft məhsullarının miqdarının müəyyən olunması neft məhsullarının müvafiq saxlama vasitələrindəki hündürlüyünün ölçülməsi yolu ilə həyata keçirilir. Bu və ya digər saxlama vasitəsində saxlanılan maye neft məhsulunun sütunun hündürlüyünü xətti ölçülərlə (santimetrlərlə və s.) müəyyən etdikdən sonra və həmin yüksəklik üçün daxili tutumu bilərək, həmin saxlama vasitəsindəki neft məhsulunun həcm etibarilə miqdarını müəyyən edirlər. Əksər hallarda, kənd təsərrüfatında neft məhsullarının saxlanılması üçün tətbiq olunan kiçikhəcmli çənlər üçün, üfüqi çənlərdə dibdən, yaxud da aşağı xətti funksiyadan və ya generatrisdən başlayaraq yuxarı nöqtəyədək, çənin mümkün dolmasının hər bir santimetri vasitəsilə bu tutumların səviyyəsini bilmək kifayətdir. Ona görə də, əvvəlcədən hər bir çən üçün onun dolmasının müxtəlif səviyyələri üzrə  tutumunu əks etdirən xüsusi tutum cədvəli tərtib olunur. Bu cür cədvəlin tərtib olunması çənlərin kalibrlənməsi adlanır, buna görə də, tutum cədvəlləri çox zaman dərəcələnmə və ya kalibrlənmə cədvəlləri adlandırılır.