Metal konstruksiyaların boyanması

     Sizə istənilən hündürlükdə, istənilən mürəkkəblik səviyyəsinə malik metal konstruksiyaların boyanmasını təklif edirik. Metal konstruksiyaların boyanması zamanı yalnız inanılmış təchizatçıların təklif etdiyi etibarlı boya markalarından istifadə edirik.

     Metal konstruksiyanın boyanması onlara estetik zahiri görünüş vermək və onları ətraf  mühitin zərərli amillərinin təsirlərindən – ultrabənövşəyi şüalanmadan, temperaturdan, kimyəvi təsirdən qorumaq üçün həyata keçirilir.

    Metalın boyanması heç də ilk baxışdan görünə bilən sadə bir iş deyildir, belə ki, istənilən metal konstruksiyanın boyanması metalın korroziyadan keyfiyyətli müdafiəsi olmadan qeyri-mümkündür. Metal konstruksiyanın boyanması zamanı birləşmə yerlərinə xüsusi diqqət yetirilməlidir, məhz onlar korroziyaya daha çox məruz qalırlar.

     Metal konstruksiyaların boyanması emal qatının metalla birləşməsi üçün səthin hökmən tam təmizlənməsini nəzərdə tutur. Ona görə də, metal konstruksiyaların boyanması köhnə səthlər üzərində aparılırsa, boyama üçün nəzərdə tutulan səthlərin təmizlənməsi üzrə işlərin mütləq keyfiyyətinə əməl olunmalıdır, əks halda boyanın yeni qatı uzunömürlü olmayacaqdır. Hətta metal konstruksiyaların ilkin boyanması prosesi hökmən bunları tələb edir: səthlərin hazırlanması, yağ qalıqlarından təmizlənmə, astarlama, emal qatının vurulması.

    Metalı təmizləyərkən hökmən abraziv avadanlıqdan istifadə olunmalıdır. Təmizlənmə olmadan hətta metalın ilkin boyanmasını aparmaq mümkün deyildir, çünki çirklənmə həmişə bütün predmet və konstruksiyalarda olur və daha qabarıq əlamətlər zamanı astar, yaxud emal qatı metaldan qopub töküləcək, yaxud da qeyri-yekcins təbəqə yaranacaq, bu isə o deməkdir ki, metal konstruksiyaların boyanması keyfiyyətlə həyata keçirilməyəcəkdir.

    Metal konstruksiyaların boyanması iki əsas istiqaməti nəzərdə tutur: yeni metal konstruksiyaların boyanması (əvvəllər boyanmaya məruz qalmamış metalla iş) və təmir.