Qumlama üsulu ilə işlənmə:

      Metalın, betonun, kərpicin, ağacın, daşın səthinin qumlama üsulu ilə təmizlənib  işlənməsi korroziya əleyhinə, yaxud dekorativ qoruyucu örtüklərin çəkilməsindən öncə səthlərin hazırlanmasının başlıca mərhələlərindən biridir. Qumlama üsulu ilə təmizlənib işlənmiş səthin üzərinə çəkilmiş örtüklərin qalma müddəti dəfələrlə artmış olur.

     Yüksək effektivliyi ilə fərqlənən müxtəlif səthlərin bütün müasir təmizləmə üsulları arasında metalın, metal konstruksiyaların, boruların, avtoqurğu dayaqlarının, sənaye və avtomobil avadanlığının səthinin qumlama üsulu ilə təmizlənib işlənməsi xüsusi yer tutur. Çox zaman qırmalama, yaxud da sadəcə qumlama adlanan belə bir emal üsulu sayıla bilən dəqiqələr ərzində səthı qalıqlardan, neft məhsullarından (tam bərkimiş qalıqlar da daxil olmaqla), qat qoymuş yanıqlardan, çoxqatlı lak-boya örtüklərindən azad edir.

     Abraziv-qumlama üsulu ilə təmizləmənin tətbiqi sferası yetərincə genişdir. Bu üsuldan həm tikintidə, həm də sənayedə  kərpic, beton və ağac konstruksiyaların, habelə çən və ya rezervuarların daxili səthlərinin təmizlənməsi üçün istifadə olunur. Lakin qırmalama üsulu ilə təmizləmə işinin başlıca təyinatı  metalın səthinə lak-boya örtüklərinin çəkilməsinə hazırlıqdır.

 

       Bu gün belə bir üsulun köməyi ilə:

          -metalın pasdan, qat qoymuş yanıq qalıqlarından, köhnə boya fraqmentlərindən, yağ və çirk ləkələrindən təmizlənməsi;

          -hamar səthə materialların yapışqanlıq xassələrini artıran mikrorelyefin çəkilməsi;

          -tsiklik yüklənmələr yolu ilə metalı kipləşdirmək və onun müqavimətinin artırılması.