Metal konstruksiya işləri:

     Metal konstruksiya nədir? Bu adı binaların tikintisi kimi bir çox sferalarda tətbiq olunan metal məmulatlar daşıyır. Məhz metal konstruksiya elementlərindən gələcək tikilinin karkası yığılır. Bu gün bir çox istehsalat və ticarət obyektləri metal karkasdan istifadə yolu ilə quraşdırılır. Bu, binaların dəyərində qənaətə və tikinti işlərinin aparılması müddətlərinin qısaldılmaısna kömək edir.

      Binaların bünövrəsinə metal karkaslardan istifadə etməklə həm sənaye, həm də məişət məqsədləriylə istifadə oluna bilən qapalı daxili sahəyə malik modullar qoyulur.

Metal konstruksiyaların köməyi ilə inşa oluna bina və qurğular:

    -anqarlar

    -anbar binaları

    -istehsalat sexləri

    -idman kompleksləri

    -mağazalar və alış-veriş mərkəzləri

    -yaşayış binaları və bağ evləri

    -avtoservislər və yanacaqdoldurma stansiyaları

    -tam olaraq bir modula yerləşən kompleks də inşa etmək imkanı var

    -ofis binaları

    -avtobus dayanacaqları üçün modullar